“Avroviziya” təşkilatçıları gələn illə bağlı yeni tələb irəli sürdülər
"Avroviziya"nın təşkilatçıları ifaçılardan gələn il keçiriləcək musiqi yarışmasına yeni mahnı hazırlamağı tələb edib. LEGİON.AZ oxu.az-a istinadən bildirir ki, bu barədə qurumun rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir. Bildirilir ki, musiqi yarışmasının qaydalarına uyğun olaraq bu ilin mahnıları 2021-ci ildə iştiraka buraxılmayacaq. Gələn il keçiriləcək "çempionat"a yeni və ya bu il artıq namizədliyi təsdiqlənmiş iştirakçıların göndəriləcəyinə milli yayım qurumları müstəqil surətdə qərar verməlidirlər. "Avroviziya-2020"nin ləğv edildiyi martın 18-də günorta elan olunub. Tədbirin təşkilatçısı olan Avropa Yayım Birliyi yarışmanın koronavirus pandemiyası ilə əlaqədar dayandırıldığını bildirmişdi.