Dünyada koronavirusdan ölənlərin sayı 11 min nəfəri ötdü
Dünyada koronavirusa yoluxanların sayı 266 min nəfəri ötüb. “Report” xəbər verir ki, bu barədə RİA “Novosti” Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb. Məlumata görə, COVID-19 infeksiyasından 11 mindən çox insan vəfat edib.  Son məlumata görə, koronavirusa yoluxanların ümumi sayı 266 073 nəfərə çatıb. Yoluxma hallarının əksəriyyəti (128 541 nəfər) Avropada qeydə alınıb. Həmçinin 11 184 ölüm hadisəsi barədə bildirilir. Dünyada sutka ərzində 32 min nəfər yeni yoluxma və 1 344 ölüm qeydə alınıb.