Operativ Qərargah: Koronavirusun Azərbaycan daxilində yayılma halları aşkarlanıb
"Hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi var". "Report" xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. "Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb", - məlumatda vurğulanıb.