İranda 33 milyon insan koronavirus testindən keçirildi
İranın Səhiyyə naziri Səid Nəməki ölkədə 33 milyon insanın koronavirus testindən keçirildiyini açıqlayıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. Nəməkinin sözlərinə görə, test prosesinə İran Səhiyyə Nazirliyinin 40 min personalı cəlb edilib. 145 min nəfərin hazırda xəstəxanalarda və evlərdə karantində olduğunu söyləyən nazir epidemiyanın ilk günləri ilə müqayisədə vəziyyətin qismən yaxşı olduğunu qeyd edib. Nəməki bildirib ki, İran əhalisinin təxminən 60 faizi nazirliyin tövsiyəsinə əsasən evlərindən çıxmır.