Türkiyədə daha yeddi nəfər koronavirusdan öldü
Türkiyədə bir sutka ərzində yeddi nəfər koronavirusdan ölüb. Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında yazıb. O ənənəvi hesabat tipli statusunda bildirib ki, sutka ərzində edilən 3672 koronavirus testinin 293-ü pozitiv çıxıb. Nazir həmçinin gənclərə müraciət də edib: “Epidemiyanın xaricində deyilsiniz. Riskli hərəkətlər etməyin. Riski evinizə daşımayın. Evdə qalın. Həyat evə sığar”.