Rusiyada sunami HƏYACANI - sakinlər təxliyə olundu
Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib.   Modern.az Rusiya mətbuatına istinadla xəbər verir ki, yeraltı təkanlarla əlaqədar sunami həyəcanı elan olunub.   Severo-Kurilsk şəhərində 400-ə yaxın sakin təxliyə olunub. Bəzi tikililərdə dağıntılar qeydə alınıb.   Son məlumatlara əsasən, sunaminin bir neçə dalğası sahilə vurub. Onun ilkin hündürlüyü 50 santimetr olub. Növbəti dalğaların qısa müddətdə yaxınlaşması gözlənilir.