Koronavirusu 5 dəqiqəyə aşkar edən test hazırlandı
Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən ekspress test hazırlayıblar.    Modern.az xəbər verir ki, İnkişaf, Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin əməkdaşları tərəfindən ixtira edilən test “Cepat” adlandırılıb.   Laboratoriyanın müdiri professor Ceki İn açıqlamasında bildirib ki, "Cepat” testinin kütləvi istifadəsi üçün bir ay ərzində lisenziyanın alınacağını gözləyirlər (tass).