Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu
Harvard Universitetinin prezidenti koronavirusa yoluxub.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə təhsil müəssisəsinin saytında dərc olunan bəyanatında deyilir.   Məlumatda bildirilir ki, Universitetin prezidenti Lourens Bekou və onun həyat yoldaşında koronavirus  aşkar edilib.

Universitet prezidenti qeyd edib ki, nə özü, nə də həyat yoldaşı Adel necə yoluxduğunu bilmirlər.

Qeyd edək ki, bu ayın əvvəlində Harvard Universitetinin tələbələri koronavirus səbəbindən distant təhsilə keçiblər.