Covid-19-un yayılması nə zaman dayanacaq? – Fərqli proqnozlar, senarilər...
Koronavirus pandemiyası yayda hadisələrin ən yaxşı inkişafı baş verərsə dayanacaq, pis halda isə daha bir mövsüm davam edəcək. 
Qaynarinfo xəbər verir ki, bu fikri viroloq, Uzaq Şərq Federal Universitetinin Biotibb Məktəbinin Mikroorqanizmlərin Ekologiyası Laboratoriyasının müdiri Mixail Şelkanov bildirib.
Onun sözlərinə görə, koronavirus infeksiyası rütubətə və ultrabənövşəyi işığa həssasdır, bu da o deməkdir ki, may ayından virusun aktivliyi azalacaq.
Viroloq ABŞ və İtaliyanın infeksiyanın yayılmasının qarşısını ala bilmədiklərindən təəccübləndiyini bildirib və bu ölkələrdə "orta seçim" variantının əldən buraxıldığını buna görə də virusun bu ölkələrdə yayılmasının daha bir mövsüm uzanacağını ehtimal etdiyini deyib. O zaman "Avropanı bu qorxunc bəladan qurtarmaq üçün bütün səyləri birləşdirmək lazım gələcək", - viroloq deyib.
 "Ən yaxşı ssenari odur ki, yay dövrünün gəlməsi ilə avropalı və amerikalı həmkarlarımız bu vəziyyəti nəzarətdə saxlaya və bu epidemiya dalğasının genişlənməsinin qarşısını ala biləcəklər. Belə olsa, çox yaxşı olardı", - Şelkanov NTV-yə bildirib.
Ən pis vəziyyətdə isə, o hesab edir ki, COVID-19 "həqiqi mənada alovlanacaq" və "bütün planeti alt-üst edəcək", Rusiya isə koronavirus epidemiyasından gələn qışda sağ çıxacaq.
Eyni zamanda, ekspert ölkəsində "pandemiyanın vaxtından əvvəl elan olunduğuna" əmindir, çünki Rusiya Federasiyasının ərazisində heç bir epidemiya prosesi və koronavirus ilə daxili yoluxma halları da yoxdur, yalnız gətirilmə şəklində qeydə alınıb. 
Viroloq hökumətin fəaliyyəti sayəsində infeksiyanın ölkəyə gəlişini iki-üç ay ləngidildiyini vurğulayıb: 
"Belə bir ləngitmə bizə COVID-19-un müəyyənləşdirilməsi üçün test sistemlərini toplamağa və strateji ehtiyatlar yaratmağa, həmçinin fəaliyyət planlarını düşünməyə və idarələrarası əməkdaşlıq yaratmağa imkan verdi”.
May ayında Səhiyyə Nazirliyinin ştatdankənar epidemioloqu Nikolay Briko da koronavirus aktivliyinin azalacağını proqnozlaşdırdığını, ayrıca bəzi mütəxəssislərin dünya əhalisinin böyük bir hissəsinin koronavirus ilə xəstələnəcəyi ilə bağlı proqnozlarına şübhə etdiyini bildirib. O, vəziyyətin belə bir inkişafının əksər ölkələrin hökumətləri tərəfindən görülən tədbirlər nəticəsində mümkün olmadığını qeyd edib.
Bu proqnozdan fərqli olaraq, Almaniyanın Robert Kox İnstitutu koronavirus infeksiyasının daha uzun müddət fəal olacağını proqnozlaşdırır. Mütəxəssislər COVID-19-nin yayılmasının iki il davam edəcəyinə inanır, hər beş haldan birinin ağır olacağını bildirirlər.