Böyük Britaniya Şahzadəsi koronavirusa yoluxub
Böyük Britaniya Krazliçasının vəliəhdi, Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb. APA-nın məlumatına görə, Sarayın bəyanatında bildirilir ki, 71 yaşlı Şahzadədə xəstəliyin yüngül simptomları özünü göstərir, ümumilikdə o özünü yaxşı hiss edir. "Hazırda Şahzadə Şotlandiyada evdə kanatin şəraitində öz işlərinə davam edir", - deyə məlumatda qeyd olunur. Saraydan verilən məlumatda o deyilir ki, ki, şahzadənin xanımında koronavirusa yoluxma aşkar edilməyib.