Gürcüstanda koronavirusa yoluxma sayı 80-i ötdü
Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 81-ə çatıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Məlumata görə, karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır. Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların 13-ü sağalıb. Hazırda aktiv virus xəstələrinin sayı 68 nəfər təşkil edir. COVID-19-a yoluxma halları 199 ölkədə və bölgədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.