Rusiyada koronavirusa yoluxanların sayı min nəfəri keçdi
Rusiyada koronavirusa yoluxanların sayı 1036-ya çatıb. İnterfax.ru ölkənin operativ qərargahına istinadən xəbər verir ki, son 24 saat ərzində Rusiyada 196 nəfər koronavirusa yoluxub. Məlumatda indiyə qədər üç nəfərin öldüyü bildirilir. 157 yoluxma faktı Moskvada, 12-si Krımda, səkkizi Moskva vilayətində, üçü Volqoqrad vilayətində müşahidə edilir. Çeçenistan, Mordoviya, Udmurtiya və Samara vilayətlərinin hər birində iki, Tula, Yaroslav, İvanovka, Orlov, Rostov, Kirov vilayəti, eyni zamanda, Dağıstan və Tatarıstanda bir yoluxma halı təsdiq edilib.