Boris Conson koronavirusa yoluxdu
Böyük Britaniyanın Baş naziri Boris Conson yeni tip koronavirus pandemiyasına (COVİD-19) yoluxub. Axar.az xəbər verir ki, bu barədə B.Conson özü açıqlama verib. “COVİD-19-la bağlı analizlərim pozitiv çıxdı. Özümü karantinə aldım. Virusla mübarizə aparacağam və kabineti telekonfransla idarə edəcəyəm”, - Baş nazir bildirib.