Kasıblar koronavirusa yoluxmur
Kasıb insanlar koronavirusa yoluxma təhlükəsi olanların risk qrupuna daxil deyil. “The Independent”in məlumatına görə, bu barədə Meksikanın Puebla ştatının qubernatoru Migel Barbosa koronavirusla bağlı açıqlamasında deyib. O, Meksikada virusa yoluxanların 75 faizinin xaricdən səfərdən gələnlər olduğu barədə hökumətin hesabatından sonra belə bir bəyanatla çıxış edib. Barbosanın sözlərinə görə, xaricə, adətən, təminatlı ailələr səfər edir, həmin vaxt ərzində kasıb insanlarda immunitet formalaşır, çünki təyyarə ilə uçmurlar. “İnsanların çoxu kasıbdır. Əgər zənginsinizsə, risk qrupundasınız, kasıbsınızsa, yox”, - deyə, o bildirib. Qeyd edək ki, Meksikada koronavirusa 475 yoluxma halı qeydə alınıb.