Məşhur sovet yazıçısı vəfat etdi
Məşhur sovet-rus yazıçısı, ssenarist Yuri Bondarev 96 yaşında vəfat edib. Kult.az xəbər verir ki, bu barədə mediaya mərhumun həyat yoldaşı Valentina Bondareva məlumat verib. Qeyd edək ki, Y.Bondarev Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Onun müharibə dövrünə aid "Batalyonlar atəş istəyir”, "İki”, "Sükut” əsərləri, həmçinin Stalinqrad uğrunda döyüşlərdən bəhs edən "İsti qar” romanı yazıçıya xüsusi şöhrət gətirmişdi.