Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...
Bütün dünya əhalisi koronavirus səbəbi ilə özünü karantinə alarkən bu mövzudakı ən ilginc xəbər Almaniyadan gəlib. Alman mediasında yer alan xəbərə görə, Tayland Kralı Maha Vaji­ra­long­korn koronavirus tədbirləri çərçivəsində 20 qadın ilə birlikdə bağlatdırdığı oteldə özünü karantinə alıb.
Moderator.az xəbər verir ki, verilən məlumata görə, Tayland Kralı Almaniyanın Bavariya Alp bölgəsindəki 4 ulduzlu oteli bağladaraq sosial təcridə başlayıb. Ancaq kralın karantin müddətini 20 qadınla birlikdə keçirəcəyi məlumatı ortalığı qarışdırıb.
Otelin rəsmisi bütün məkanın kral tərəfindən özəl olaraq bağlatdırıldığını və qrupu koronavirusa qarşı hər hansı bir təhlükə yaratmadığını söyləyib. Otelin bağlatmaq üçün bölgədəki rəhbərlikdən xüsusi icazə alan 67 yaşlı kral Tayland xalqının qəzəbinə səbəb olub və minlərlə vətəndaş sosial media vasitəsi ilə krala qarşı çıxıb.
Qeyd edək ki, ölkədə kralı təhqir edən şəxslərin 15 ilə qədər həbs cəzası ala biləcəyi bildirilib.