Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi
Dünyada koronavirusdan sağalanların sayı 165 min nəfəri keçib. Bu barədə Gazeta.ru rəsmi mənbələrə istinadən məlumat yayıb. Pandemiyaya dünyada yoluxma hallarının sayı isə 785 mini keçib. Xəstəlikdən dünyasını dəyişənlər isə 37 min 820 nəfərdir. Xatırladaq ki, 2019-cu il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində pnevmoniyanın sürətlə yayılmağa başladığını açıqlayıb. Yeni tip koronavirusa rəsmi olaraq, COVID-19 adı verilib. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusun yayılmasını pandemiya elan edib.