Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü
Niderlandda son sutkada koronavirus qurbanlarının sayı kəskin artıb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, krallıqda daha 175 nəfər koronavirusdan ölüb. Beləliklə, Niderlandda virus qurbanlarının sayı 1 039 nəfərə çatıb. Bundan başqa, ölkədə yoluxanların rəsmi sayında da artım müşahidə edilib. Belə ki, yoluxanların sayı son 1 gündə daha 845 nəfər artaraq 12 595 nəfərə yüksəlib. Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus201 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 803 011-i ötüb. Bunların 172 396 nəfəri sağalıb,39 025 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.