ABŞ Rusiya və Səudiyyə Ərəbistanı ilə neftin ucuzlaşması problemini həll etmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında ölkəsinin Rusiya və Səudiyyə Ərəbistanı ilə birgə neftin qiymətinin kəskin azalması problemini birlikdə həll edəcəklərini bəyan edib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanın şahzadəsi ilə müzakirə apardığını qeyd edib. Tramp bildirib ki,neftin aşağı qiyməti istehlakçılar üçün əlverişli olsa da, ABŞ sənayesinin ən böyük sahələrindən biri olan neft sektorunda minlərlə iş yerinin itirilməsi təhlükəsi yaranıb. ABŞ prezidentinin sözlərinə görə, neftin qiymətinin vəziyyəti misli görünməmiş həddədir və 1950-ci illərdəki vəziyyəti xatırladır.