Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatdı
Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 115-ə çatıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Koronaviruslu xəstələrin 22-si sağalıb. Hazırda aktiv COVID-19 infeksiyasının daşıyıcıları 93 nəfərdir. Karantində 5 106, stasionar nəzarətdə isə 294 nəfər saxlanılır.