Mərkəzi Bankdan manat açıqlaması: “1 aprel zarafatlarına inanmayın”
“Whatshapp” sosial şəbəkəsində Mərkəzi Bankın internet səhfəsinə istinadən Azərbaycan manatının xarici valyutalara qarşı rəsmi məzənnəsinə dair yalnış məlumat yayılıb. Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-a bildirib ki, bu, çox uğursuz və məsuliyyətsiz 1 aprel zarafatıdır: “Bildirirəm ki, Mərkəzi Bankın rəsmi internet səhifəsində 1 aprel 2020-ci il tarixi üçün Azərbaycan məzənnələrinin tam siyahısı yerləşdirilib (www.cbar.az)”.