Umayra Tağıyeva yüksək vəzifəyə təyin olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.   Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.   "Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.   Qeyd edək ki, Umayra Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.