Çeçenistana da giriş-çıxış bağlanır
Prezident Ramzan Kadırov koronavirusun yayılması səbəbiylə aprelin 5-dən etibarən Çeçenistan Respublikası ərazisinə giriş və çıxışı tamamilə bağlayacağını elan edib. “Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, Kadırov Çeçenistan sakinlərini aprelin 5-dək vətənlərinə qayıtmağa çağırıb. “Əks təqdirdə onlar respublikaya daxil ola və ya çıxa bilməyəcəklər” ,- deyə o, qeyd edib. Dövlət başçısı məhdudiyyətlərin qida və dərman daşınmalarına aid olmayacağını bildirib. Qeyd edək ki, son məlumatlara görə, Çeçenistanda 10 koronavirusa yoluxma faktı qeydə alınıb. Martın 28-dən etibarən yerli hakimiyyət orqanları tərəfindən respublika ərazisində karantin rejimi elan olunub. Vətəndaşlara heç bir səbəb olmadan evdən çıxmağın qadağan edildiyi bildirilib.