Gürcüstanda koronavirusa yoluxanların sayı 130 nəfərə çatdı
Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 130-a yüksəlib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Koronavirusa yoluxanların 23-ü sağalıb. Karantində 5 437, stasionar nəzarətdə isə 260 nəfər saxlanılır. Hazırda ölkədə 107 aktiv koronavirus xəstəsi var.