Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA
“Hazırda ölkədə koronavirusa yoluxma halları artır”.
Bunu operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, yoluxma halları sağalma hallarını üstələyir:
“46 nəfər sağalıb. Bu fərqin artması pis haldır. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir”.
“Hökumət bütün planlara malikdir. Amma arzuediləndir ki, buna ehtiyac olmasın”, - deyə İ.Məmmədov qeyd edib.