Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır
Belarus apreldə Rusiyadan 1 bareli, təxminən, 4 dollara olan qiymətlə  2 mln. ton neft almağı nəzərdə tutur. “Report”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Belarusun Baş nazir Sergey Rumas bildirib. "Belarus ümid edir ki, bu ay bir barelinin qiyməti təxminən 4 dollar olan 2 milyon ton həcmində Rusiya nefti alacaq”,- Baş nazir qeyd edib.