Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi
Çində ortaya çıxan koronavirus epidemiyasının heyvanlardan keçməsi ilə bağlı araşdırmalar davam etdirilərkən, Şenzen şəhərində it və pişik əti yemək qadağan edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qadağanın mayın 1-dən qüvvəyə minəcəyi bildirilir.
"İt və pişiklərin digər heyvanlarla müqayisədə insanlarla daha yaxın münasibətləri var. İt və pişik ətinin adağan edilməsi Honq Konq v Tayvan kimi inkişaf etmiş ölkələrdə geniş yayılıb", - deyə Şenzen administrasiyasının açıqlamasında qeyd edilib.
Statistikalara görə, Asiyada il ərzində 30 milyon it yeyilir. Amma it əti yemək Çində çox da geniş yayılmayıb. Çinlilərin çoxu heç it yemədiklərini deyirlər. Digər tərəfdən yanvar ayının əvvəllərində Çində vəhşi heyvanların ətinin yeyilməsi qadağan edilib.