Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”
Dünya neft bazarındakı vəziyyət həm daxili, həm də xarici məkanlarda müzakirə olunur. Məsələn, OPEC tərəfdaşları ilə dialoq davam edir, ABŞ lideri Donald Tramp ilə də bu mövzuda bir danışıq olub. 
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin dünya neft bazarındakı vəziyyətdən danışarkən deyib.
Putin bu mövzuda amerikalı həmkarıyla da müzakirələr apardığını bildirib:
"Biz həm daxili, həm də beynəlxalq səviyyədə OPEC-dəki tərəfdaşlarımızla neft qiymətlərinin düşməsi ilə bağlı vəziyyəti müzakirə edirik. Bu yaxınlarda mən ABŞ prezidenti ilə bu mövzuda söhbət etdim. Bu problem amerikalıları da narahat edir, çünki şist neft hasilatı üzrə gəlirlilik, müxtəlif hesablamalara görə, bir barel üçün 40 dollar civarında dəyişir, buna görə də bu, ABŞ iqtisadiyyatı üçün də çətin sınaqdır".
Rusiya prezidenti bu haqda hökumət üzvləri ilə görüşündə danışıb.