Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah
“Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib”.   Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.   Rəsmi məlumata görə, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb:   “5 nəfər vəfat edib, 406  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.   Həmçinin, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.