Azərbaycanda koronavirusa yoluxanların sayı 443-ə çatıb
Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalarda müalicələrdə alanların sayı açıqlanıb. Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.