YOLUXANLARIN SAYI 1,1 MİLYON, ÖLƏNLƏR 58 929 NƏFƏR! - Dəhşətin ən son statistikası
Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri ötüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, dünyada xəstəliyə 1 100 283 nəfər yoluxub, 58 929 nəfər ölüb. Koronavirusdan sağalanların sayı isə 226 669 nəfərdir.