Dünyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi
Dünyada COVID-19 virusundan dünyasını dəyişənlərin sayı 60 mini keçib. Bununla bağlı Oxu.Az Worldometers.info-nun təqdim etdiyi statistikaya əsasən xəbər yayıb. Statistikaya əsasən koronavirusdan dünyasını dəyişənlərin sayı 60149-a çatıb. Ümumi yoluxma hallarının sayı 1130844-ə, sağalanların sayı isə 235902-ə bərabər olub.