Türk Hava Yolları bütün daxili uçuşları dayandırdı
Turk Hava Yolları (THY) bütün daxili uçuşları aprelin 20-dək dayandırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Tvitter də THY baş direktoru Bilal Ekşi məlumat verib.
Qərar təhlükəsizlik və yeni növ koronavirusun (Covid-19) yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində qəbul edilib.
Ekşi xatırladıb ki, Türkiyə hökuməti bundan əvvəl ölkənin 30 böyük şəhəri ilə 15 gün müddətində əlaqə məhdudlaşdırması tətbiq edib.
"Hökümətin epidemiyaya qarşı mübarizə tədbirlərini nəzərə alaraq, ölkənin son 14 şəhərinə də uçuşları təxirə salırıq", - THY baş direktoru deyib.
Qeydək ki, bundan bir qədər əvvəl Türkiyənin aparıcı aviaşirkəti bütün beynəlxalq uçuşların dayandırıldığını elan edib və daxili reyslərdə ölkənin 14 hava limanı ilə əlaqə məhdudlaşdırılıb.