Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
BakuPost-a daxil olan məlumata görə, iclasda təşkilati məsələlərə baxılmışdır. “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli idi. O, 2003-cü ildən Teleradio Şurasına rəhbərlik edirdi.