Türkiyədə maskaları pulla satmaq qadağan edildi
Türkiyədə maska satışı qadağan edilib.
  “Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlayıb.   Onun sözlərinə görə, maskaların pulla satışı qadağandır. Bundan sonra maskalar pulsuz paylanacaq. Həftədə bir nəfər üçün 5 maska veriləcək.   Eyni zamanda, Yeşilköy Atatürk Hava Limanı və Sancaktepedə 45 gün ərzində karantin xəstəxanasının tikintisi yekunlaşdırılacaq.