Sahil Babayev: “Birdəfəlik yardım onlara verilməyəcək”
“Ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə, birdəfəlik yardım onlara şamil edilməyəcək”.   Musavat.com-un əməkdaşı xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün DOST mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, sosial şəbəkələrdə iki gündür qeyri-ciddi məlumatlar paylaşılır: “Əvvəlcə, hər kəs dövlətin dəstəyinin fəlsəfəsini anlamalıdır. O demək deyil ki, ailənin 3 üzvü birdəfəlik ödəniş almalıdır, o biri ailə kənarda qalmalıdır. Birdəfəlik ödəmə ünvanlıdır və dövlətdən ödənişi olmayanlara şamil ediləcək. Birdəfəlik müavinətlə bağlı bir ailəyə bir ödəniş olacaq. Bu ödənişlər elektron qaydada və nağdsız ödəniləcək. Əgər vətədaşın bank kartı yoxdursa, yaxın banka vəsait yerləşdiriləcək və ordan şəxsiyyət vəsiqəsi ilə ala biləcək”.