Zəncəfil qədər immuniteti gücləndirən vasitələr AÇIQLANDI
Koronavirusun yayılmağa başladığı vaxtdan zəncəfilə olan tələbat kəskin artıb və nəticədə, bitkinin qiyməti bahalaşıb.   Modern.az xəbər verir ki, Samara Araşdırma və Dietoterapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq immuniteti gücləndirən digər vasitələr barədə məlumat verib.   Ekspert qeyd edib ki, zəncəfil orqanizmin müdafiəsini artıran və profilaktikasını həyata keçirən təsirli vasitə olsa da, yeganə məhsul deyil.   Onun fikrincə, soğan, sarımsaq, qırmızı turp, kələm bakteriyaları öldürən və inkişafına mane olan fitonsidlərlə zəngindir.   “Sarıkök, qarağat, qaragilə, mərcanı, moruq isə orqanizmdə iltihabı azaldan təsirli vasitələrdir”, - deyə M.Ginzburg əlavə edib. (Oxu.az)