Virusun yayıldığı zamanda bu qidaya üstünlük vermək lazımdır
"Koronavirusun yayıldığı bir dönəmdə vətəndaşlar qida məhsulu olaraq yumurtaya üstünlük versinlər".
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, gündəlik yumurta yeyən insanların immuniteti qaydasında olur:
"Koronavirus yayılan ölkələrdə insanlar qida məhsulu kimi yumurtaya üstünlük verir. Yumurta qabıq içərisində olsduğu üçün təmizdir. Hazırda bir çox ölkələrdə yumurta tapılmır. Azərbaycanda isə yumurta kifayət qədərdir və çox kalorili qidadır. Məsləhət görürəm ki, insanlar yumurta yeməyə üstünlük versinlər".