Azərbaycanda avtomobil bazarının son durumu - Açıqlama

Son ayların qlobal problemləri, aşağı neft qiymətləri və sosial təcriddən irəli gələn tələblərin digər ölkələrdə olduğu kimi milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir.

  Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info-ya açıqlamasında yaranmış böhran şəraitinin avtomobil bazarına mənfi təsirlərini açıqlayıb.  
Eldəniz Cəfər Eldəniz Cəfər
  Ekspert bildirib ki, hazırda ölkənin avtomobil bazarında fəallıq müşahidə edilmir. “Yeni maşınların qiyməti stabildir. Dilerlər alıcıları əsasən məsafədən - online və ya telefonla məlumatlandırırlar. İkinci əl avtomobil bazarında durğunluqdur. Lakin fərdi qaydada satış var. İkinci əl maşınlarda qiymət endirimi olsa da, ümumilikdə qiymətlər heç də ucuzlaşmayıb”,- deyə Eldəniz Cəfər bildirib. Avtomobil bazarı üzrə ekspert vurğulayıb ki, ölkəyə gətirilən maşınların sayında azalma var: “Vəziyyət düzələndən sonra  avtomobillərə tələbat artacaq”. Ramid İbrahimov