ABŞ-da immiqrasiya müvəqqəti dayandırılacaq
 
ABŞ prezidenti Donald Tramp ölkədə immiqrasiyanın müvəqqəti dayandırılması haqqında fərman imzalayacaq.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter” səhifəsində bildirib. 
ABŞ rəhbəri qeyd edib ki, o, bu addımı koronavirus pandemiyası ilə əlaqədar atmaq niyyətindədir. 
"Görünməyən düşmən tərəfindən hücumu, həmçinin bizim çox gözəl Amerikamızın vətəndaşlarının iş yerlərini qorumaq ehtiyaclarını nəzərə alaraq, Birləşmiş Ştatlarda immiqrasiyanın müvəqqəti dayandırılması haqqında fərman imzalayacam!" - Vaşinqton administrasiyasının rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 780 mini ötüb. Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı demək olar, 42 min nəfərə çatıb.