Karantinə görə evdə oturmuşdu, 8 milyon uddu...
Rusiyanın karantin rejiminə görə evdən çıxmayan vətəndaşlarından biri sürprizlə üzləşib.
Moderator.az xəbər verir ki, Voronej şəhər sakini "Stoloto"da 8 milyon rubl udub. O, bu hadisədən iki gün sonra, aprelin 20-də xəbər tutub. 
Voronejlinin "Stoloto"da qalib gəlməsinə isə sadəcə huşsuzluğu səbəb olub. Belə ki, "Stoloto"nun qaydalarına görə, 12 rəqəmli uduş biletinin bütün xanalarında rəqəmləri səhv yazan, yaxud bütün xanaları boş qoyan şəxs ya tamam uduza, ya da 8 milyonluq uduşa düşə bilər. 
Lotereyanı evdə unudan və heç bir xananı işarələməyən Voronej sakininin beləcə bəxti gətirib. Təsadüf nəticəsində onun bileti super prizə düşüb. Onun heç nə yazmadan milyonlara sahib olması isə hər kəsi təəccübləndirib. 
"Stoloto"nu həyata keçirən şirkətin təmsilçisi "RİA Novosti"yə deyib ki, milyonçunun 8 milyon rublla nə edəcəyi karantin bitəndən sonra məlum olacaq: "Yeni milyonçu hələ özü də 8 milyonu xərcləməyə tələsmir".