"Oğlum öləndə pişiyi insan kimi ulayırdı" - Nailə Mirməmmədli
"Hikmət üçün çox ağlamadım. Oğlum öləndə Hikmət yanımda idi, arxa idi. Mənə təskinlik verib, özü içdən çəkirmiş. Hikmət öləndə özümü yığışdırdım, çox ağlamadım, o biri oğlum hazırlaşırdı, universitetə girəcəkdi. Qızım da məktəbdə oxuyurdu. Onlar üçün ayaqda durmalı idim".  Axşam.az xəbər verir ki, bu sözləri bəstəkar Nailə Mirməmmədili "Səhər-səhər" verilişində deyib. O, 16 yaşında ölən oğlundan və həyat yoldaşı Hikmət Mirməmmədlidən danışıb:
"Oğlum gecə dedi ki, səhər dənizə gedim. Qoymadıq ki, bir həftə sonra 16 yaşın olacaq, özümüz gedək. Alnımı möhürə qoyub şükür edirdim ki, nə yaxşı oğlumun cəsədi tapıldı və müsəlman kimi dəfn olundu. Yoxsa tapılmaya da bilərdi. Övlad acısını heç kimə arzulamıram. 16 yaşında dənizdə boğuldu. Oğlumun bir pişiyi var idi, mən də tələbəyə dərs keçirdim. Birdən pişik başladı insan kimi ulamağa. Hikmətə zəng gəldi, başladı evdə nəsə axtarmağa. Ondan sonra Hikmət çox fikir edirdi, bütün günü siqaret çəkirdi. Qərar verdim ki, yenidən ana olum. 45 yaşında oğlumu dünyaya gətirdim, indi doqquzuncu sinifdə oxuyur".