Avropa İnsan Haqları Məhkəməsinin yeni rəhbəri məlum oldu
Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) yeni prezident seçilib. “Report” xəbər verir ki, AİHM-nin yeni rəhbəri ispaniyalı Robert Spano olub. O, mayın 18-də vəzifəsinin icrasına başlayacaq. R.Spano AİHM prezidenti vəzifəsində Linos-Aleksandr Sicilianosu (Yunanıstan) əvəzləyəcək.