ABŞ Azərbaycan Ali Məhkəməsinin qərarlarını alqışladı
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verilməsinə dair çıxardığı qərarları alqışlayıb. Bu barədə “Report”a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. "ABŞ səfirliyi Avropa İnsan Hüquqları Məhkəməsinın 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən Respublika Alternativ Partiyasının sədri İlqar Məmmədov, həmçinin hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini alqışlayir. Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən həmdə başqa məsələlər ilə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik", - məlumatda qeyd olunub.