Haftarın ordusu Liviyada hərbi əməliyyatları dayandırdı

Feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu ölkə ərazisində döyüş əməliyyatlarını dayandırdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə "Al-Xadas" telekanalının efirində Liviya Milli Ordusunun nümayəndəsi Ahmed el-Mismari bəyanatla çıxış edib. O, qeyd edib ki, Ramazan ayı boyunca bütün hərbi əməliyyatlar dayandırılır və atəşkəs elan olunur. Bəyanatdan bir neçə saat əvvəl Haftara məxsus hərbi qüvvələrin raket atəşi nəticəsində Tripolidə 7 nəfər həlak olub. Daha əvvəl feldmarşal Xəlifə Haftar ölkə vətəndaşlarının qərarına uyğun olaraq Liviyada hakimiyyətin orduya keçdiyini elan edib. Liviyada bir müddətdir müxtəlif liderlərin tərəfdarları arasında silahlı toqquşmalar baş verir.