Zakir Qaralovun "avtoxuliqan" oğlunun kirvəsi Ramiz Zeynalovdur?
“Qafqaz Xəbər Agentliyi”nin facebook səhifəsində keçmiş Baş prokuror Zakir Qaralovun oğlunun "avtoxuliqanlıq" etdiyi videogörüntü yayılıb. Videogörüntü sosial şəbəkələrdə böyük marağa səbəb olduğu üçün Legion.az olaraq  mövzu ilə bağlı araşdırma apardıq.

Məlum oldu ki, Z.Qaralovun iki oğlu var və yayılan videoda "avtoxuliqanlıq" edən oğlunun kirvəsi DİN Baş Dövlət Yol Polisi idarəsinin rəisi general-mayor Ramiz Zeynalovdur. Z.Qaralovun digər oğlunun kirvəsi isə Ali Məhkəmənin hakimi İlqar Qılıcovdur.
 İ.Qılıcovun qardaşı  Kamal Qılıcov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışır. Və Jurnalist Mahmud Rasimoğlu K.Qılıcovu dələduzluqda ittiham etdiyi üçün onun və Zakir Qaralovun göstərişi ilə 2018-ci ildə DİN-in “Bandotdel” adlanan idarəsinin şöbə rəisi Məmmədov Müzəffər Qəzənfər oğlu tərəfindən işgəncələrə məruz qalaraq şərlənərək həbs olunub. Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov tərəfindən isə jurnalist 2019 –cu ildə 12 il azadlıqdan məhrum olunub. Ümid edirik ki, kimliyindən asılı olmayaraq qanunları pozan hər bir şəxs kimi  Z.Qaralovun oğlu da məsuliyyətə cəlb olunacaq.

Murad İbrahimli



 Legion.az üçün

https://www.facebook.com/qafqazxeber/videos/2119818031497622/ https://www.facebook.com/qafqazxeber/videos/2308860826075816/