Culian Assanjın məhkəməsi təxirə salınıb
Böyük Britaniya məhkəməsi "WikiLeaks” saytının təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiyası məsələsi ilə bağlı iclasını sentaybr ayınadək təxirə salıb. Qərar C.Assanjın vəkillərinin müraciətindən sonra qəbul edilib. Qeyd olunur ki, onun ekstradisiya ilə bağlı ilkin iclas fevralda keçiriilib. İkinci iclas mayın 18-i nəzərdə tutulsa da, koronavirus pandmeiyası ilə əlaqədar payızadək təxirə salınıb. Xatırladaq ki, ABŞ dövlət sirlərinin yayımlanmasında ittiham etdiyi Cilain Assanjın bu ölkəyə ekstradsiyasını tələb edir.