Pandemiyadan sonra ən çox bu peşələrə tələbat olacaq
Koronavirus pandemiyasının bitməsindən sonra qısa müddətə anti-böhran və maliyyə konsultantları ən tələb olunan peşələrdən olacaq. Bu barədə Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri proqnoz verib.  Bundan əlavə, rəqəmsallaşma ilə əlaqədar şirkətlərin bir çoxunda proqramçılar, SMM və kontent-menecerlərə ehtiyac artacaq.  Lazım olan peşələr arasında müştərilər və şirkətlər arasında bağlayıcı rolu oynayan kuryer, çağrı mərkəzlərinin operatorları, həmçinin internet mağaza əməkdaşları da var. Bundan başqa, taym-menecment və interyer dizaynerliyi ilə məşğul olanlara da tələb artacaq.  Ən çox ehtiyac isə santexniklər və mebel yığanlara duyulacaq. Həmçinin, həkimlər və dayələrə də tələbat çoxalacaq./Oxu.az