Çində son 24 saatda cəmi 1 yoluxma halı aşkarlandı
Çində son sutka ərzində yalnız bir nəfərdə- xaricdən Şanxaya gələn şəxsdə koronavirusa yoluxma halı aşkarlanıb. Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, ölkə rəsmiləri daha 87 xəstənin uğurla müalicə edilib evə buraxıldığını, ölüm hallarının olmadığını bildiriblər. Xatırladaq ki, ölkədə cəmi 1 676 xarici yoluxma müşahidə olunub, onlardan 325 nəfərin xəstəliyi hələ davam edir, 5 nəfərin vəziyyəti ağırdır. 1351 xəstə sağalıb, xarici yoluxmada heç bir ölüm hadisəsi qeydə alınmayıb.