Karantin əleyhinə çıxanların sayı artır...
Koronavirus pandemiyasının ağır nəticələrindən qurtulmaq məqsədilə tətbiq edilən karantin rejiminin əleyhinə çıxanların sayı artır. 
Moderator.az xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində baş tutan böyük mitinqdə insanlar "Hanı bizim azadlığımız?" şüarını səsləndiriblər. Onlar hakimiyyətə etiraz əlaməti olaraq tibbi əlcəkləri, maskaları və pandemiya məlumatları dərc edən qəzetləri tikə-tikə edərək ətrafa səpələyiblər. Mitinq iştirakçılarını 200-dən çox avtomobil müşayiət edib. Aksiyanın idarəolunmaz hala gələcəyindən ehtiyatlanan polislər 40 etirazçını həbs ediblər.
Eyni gündə Hollandiyanın Utrext şəhərində də karantin əleyhinə olanlar küçələrə axışıb. Yerli hakimiyyət orqanları karantinə bu şəkildə etiraz dalğasının ABŞ-dan qaynaqlandığını bildirir.